Bakıda polis mayorunu və dostlarını bıçaqlayan şəxslər məhkəmədə ifadə verib

Bakıda polis mayorunu və dostlarını bıçaqlayan şəxslər məhkəmədə ifadə verib Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib
Hadisə
28 Mart , 2017 13:30
Bakıda polis mayorunu və dostlarını bıçaqlayan şəxslər məhkəmədə ifadə verib

Bakı. 28 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Həsənov Əli Elxan oğlu və 1976-cı il təvəlüldlü Məhərərmov Əhmədyar Xanis oğlu cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Səbuhi Hüseynovun sədriyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən Ə.Həsənov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. Ə.Məhərrəmov isə özünü təqsirli bilmədiyini deyib.

Ə.Həsənov sərbəst ifadə verərkən söyləyib ki, hadisə zamanı Ə.Məhərrəmovu 4 nəfər şəxsin döydüklərini görüb: "Onları ayıranda Namiq məni təhqir etdi. Bu zaman onlardan birini kəllə ilə vurdum. Sonra hamısı üstümə gəlib, məni döydülər. Bu zaman bıçağa əl atdım, Namiqi və Kamili vurdum. Hadisədən sonra ərazidən uzaqlaşdım. Özümü müdafiə etdiyim üçün onları bıçaqladım".

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvvəllüdlü Abdullayev Namiq Aydın oğlu tanışı 1974-cü il təvvəllüdlü Cəbrayılov Arif Etibar oğlu və 1985-ci il təvvəllüdlü Məsimov Kamil Zakir oğlu, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Ə.Məhərrəmov orada həmin şəxslərlə mübahisə edib. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb.

Məlumata görə, daha sonra Ə.Məhərrəmovun küçədə gözləyən tanışı Ə.Həsənov davaya qoşulub və N.Abdullayevi döyüb. Bu münaqişəyə A.Cəbrayılov və K.Məsimov da qarışıb. Kütləvi dava zamanı Ə.Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar.

Ağır xəsarət alan hər üç şəxs "Təcili yardım" maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, N.Abdullayev Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin Növbətçi Hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Son xəbərlər

Orphus sistemi