Bakıda polis əməliyyat keçirərək avtomobil oğrusunu yaxalayıb

Bakıda polis əməliyyat keçirərək avtomobil oğrusunu yaxalayıb Bakı. 29 may. REPORT.AZ/ Bakıda polis əməliyyat keçirərək avtomobili oğurlayan şəxsi yaxalayıb.
Hadisə
29 May , 2018 03:17
Bakıda polis əməliyyat keçirərək avtomobil oğrusunu yaxalayıb

Bakı. 29 may. REPORT.AZ/ Bakıda polis əməliyyat keçirərək avtomobili oğurlayan şəxsi yaxalayıb.

"Report" xəbər verir ki, hadisə ötən gecə Yasamal rayonunda baş verib.

Belə ki, mayın 26-da Nəsimi rayonu Füzuli küçəsində yaşayan Quliyev Sərxan Məhəmməd oğlu Nəsimi Rayon Polis İdarəsinə məlumat verərək bildirib ki, ona məxsus 10-EK-005 dövlət qeydiyyat nişanlı "Hyundai Azera" markalı avtomobil oğurlanıb.

Ötən gecə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi və Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri zamanı avtomobil İnşaatçılar prospektində müəyyən edilib. Lakin avtomobili qaçıran şəxs polisdən qaçmaq istəyərkən maşını Nərimanov prospektində səkiyə çırpıb. Buna baxmayaraq o, polis əməkdaşları tərəfindən saxlanılıb. Onun 15 yaşlı şəxs olduğu müəyyən edilib və həmin şəxs məsuliyyətə cəlb edilib.

Avtomobil isə müvəqqəti duracağa yerləşdirilib.

Foto: Ruslan Məmmədov

Son xəbərlər

Orphus sistemi