Yuxarı
    Bağlamaq

    Polis Akademiyasının kursantını avtomobil vurub

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda gənc oğlanı avtomobil vurub.

    "Report"un xəbərinə görə, hadisə Suraxanı rayonu, Zığ qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1975-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarov Vüqar Xəyyam oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə yolu keçən 21 yaşlı Sultanov Davud Rövşən oğlunu vurub. D.Sultanov Daxili İşlər Nazirliyi (DİN) Polis Akademiyasının 3-cü kurs tələbəsidir. O, DİN-in Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi