Bakıda orta yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda orta yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib Leyla Ağayeva xəstəxanaya yerləşdirilib
Hadisə
27 Avqust , 2017 07:48
Bakıda orta yaşlı qadının xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
Courtesy İmage

Bakı. 27 avqust. REPORT.AZ/ Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı orta yaşlı qadın xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda baş verib.

Bakıxanov qəsəbəsində, yolu keçən 1979-cu il təvəllüdlü Ağayeva Leyla Mixayılovnanı minik avtomobili vurub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib və ona ilkin tibbi yardım göstərilib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sürücünün izahatı alınıb.

Son xəbərlər

Orphus sistemi