Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
29 Oktyabr , 2019 13:09
Bakıda piyadanın ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Seymur Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Hakim Ələddin Cəfərovun icraatında olan iş üzrə hazırlıq iclası noyabrın 7-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin sentyabr Bakının Nizami rayonunda, metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

Taksi fəaliyyəti ilə məşğul olan sürücü, 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobillə piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçən piyadanı vurub. Piyada, 1964-cü il təvəllüdlü Rzabala İmaməddin oğlu Nizaməddinov hadisə yerində dünyasını dəyişib.

S.Mahmudova 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi