Bakı
"Report"un xəbərinə görə, hakim Rasim Sadıxovun sədrlik etdiyi iclasda hökm oxunub.
Hökmə əsasən K.Sultanəliyev 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, K.Sultanəliyev sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə Ağakərimov Balasi Ağakıərim oğlunu vurub. Nəticədə piyada dünyasını dəyişib.
K.Sultanəliyevə Cinayət Məcəlləsinin 263-1.3-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.