Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 
Hadisə
18 Noyabr , 2017 12:12
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı. 18 noyabr. REPORT.AZ/ Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

"Report" DİN-in saytına istinadən xəbər verir ki, hadisə Xətai rayonunun Telnov küçəsində qeydə alınıb. 

Belə ki, noyabrın 17-də saat 22 radələrində Bakı şəhər sakini Mehdi Daşdəmirov yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub və nəticədə hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi 34-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən “Lexus” markalı avtomobilin sürücüsü, paytaxt sakini Rafiq Xudiyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi