Bakı. 19 iyul. REPORT.AZ/ Bakıda piyadanı vurub qaçan sürücü iki həftə sonra tutulub.
Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulub. Piyada xəstəxanaya müraciət etməyib. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.