Bakıda piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayır

Bakıda piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayır Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəcəb Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
11 Yanvar , 2020 09:43
Bakıda piyadanı vurub öldürən sürücünün məhkəməsi başlayır
google.az

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəcəb Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il oktyabrın 5-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonu, H.Əliyev prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini R.Rəhimov idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini Elçin Hacıyevi vurub və nəticədə o, hadisə yerində ölüb.

Son xəbərlər

Orphus sistemi