Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
25 İyun , 2018 12:03
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 23-də Nərimanov rayonu ərazisində Ucar rayon sakini Emil Həsənlinin avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla piyadanın saat Z.Bünyadov prospektində yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KİA” markalı avtomobillə törədilməsi müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Kürdəmir rayon sakini Orxan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi