Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan motosikletçi saxlanılıb

Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan motosikletçi saxlanılıb Bakı. 29 may. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Hadisə
29 May , 2018 11:05
Bakıda piyadanı vuraraq hadisə yerindən qaçan motosikletçi saxlanılıb
0 : 00
0 : 00

Bakı. 29 may. REPORT.AZ/ Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə Bakı şəhər sakini Mirzəli Əliyevin xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və araşdırmalarla Bakı şəhər sakini M.Əliyevin həmin gün saat 18 radələrində Tbilisi prospektində yolu keçərkən motosikletlə vurulduğu məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin mopedlə törətildiyi müəyyən edilib və qəzanı törədərək hadisə yerindən yayınan nəqliyyat vasitəsini idarə edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Onun Bakı şəhər sakini Ağa Əzimov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi