Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb.
Hadisə
19 Fevral , 2019 11:07
Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb
0 : 00
0 : 00

Bakı. 19 fevral. REPORT.AZ/ Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü yaxalanıb.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, fevralın 17-də saat 23 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnmiş yol qəzası barədə 38-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla qəsəbə sakini N.Şahverdiyevanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulduğu məlum olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Niva” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Qızıldaş qəsəbə sakini V.Qasımov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi