Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanı avtomobil vurub Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Report xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb.
Hadisə
8 Sentyabr , 2019 22:20
Bakıda piyadanı avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Allahverdiyev İlqar Sultan oğlunu avtomobil vurub. O, əvvəlcə yaşadığı evə getsə də, sonradan özünü pis hiss edib və təcili tibbi yardım çağırıb.

Həkimlərin yoxlanışından sonra İlqar Allahverdiyev dərhal xəstəxanaya gətirilib. Ona döş qəfəsinin küt travması və sağ təpə nahiyəsinin çırılmış yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. 

Ramin Şahbazov

Orphus sistemi