Bakıda piyada zolağı olmayan yerdən keçən kişini maşın vurub

Bakıda piyada zolağı olmayan yerdən keçən kişini maşın vurub Yaralının vəziyyəti orta-ağıdır
Hadisə
15 Sentyabr , 2017 06:47
Bakıda piyada zolağı olmayan yerdən keçən kişini maşın vurub
Foto: Report.az

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, minik avtomobili 40 yaşlı Qədirov Qədir Mehbalı oğlunu Ramana qəsəbəsində piyadalar üçün müəyyən edilməmiş yerdən keçəndə vurub.

Xəsarət alan şəxs "təcili yardım" vasitəsilə xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi