Yuxarı
    Bağlamaq

    Bakıda piyada sürücünü döyüb

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 15 iyul. REPORT.AZ/ Bakıda piyada sürücünü döyüb.

    "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

    Belə ki, 8-ci kilometr qəsəbəsində yolun ortasında dayanan piyada sürücü 29 yaşlı Kazımov Samir Oruc oğlu ilə mübahisə edib. Piyada ona yol verməməyi əsas gətirərək sürücünün ünvanına təhqiramiz ifadələr işlədib. Nəticədə hər iki şəxs arasında mübahisə yaranıb. S.Kazımov piyada tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi