Bakı. 22 iyun. REPORT.AZ/ Bakıda yol qəzası zamanı 1 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
Ziya Bünyadov prospektində 1965-ci il təvəllüdlü Sadıqov Etibar Tofiq oğlu yerüstü piyada keçidinin altından yolun əks tərəfinə keçmək istəyərkən onu minik avtomobili vurub.
Nəticədə piyada ağır xəsarət alıb. Yaralı təcili yardım xidməti vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə məlumat verilib.
Araşdırma aparılır.