Bakıda piyada keçidində qadını vuran avtomobilin sürücüsü dava edib

Bakıda piyada keçidində qadını vuran avtomobilin sürücüsü dava edib Piyadanı vuran avtomobilin sürücüsü etdiyi əməli boynuna almayıb
Hadisə
7 Dekabr , 2016 10:28
Bakıda piyada keçidində qadını vuran avtomobilin sürücüsü dava edib

Bakı. 7 dekabr. REPORT.AZ/ Bakıda piyadanı vuran sürücü etdiyi əməli boynuna almayıb.

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsi "ASAN Xidmət"in inzibati binasının qarşısında qeydə alınıb.

Belə ki, 1943-cü il təvəllüdlü Abdullayeva Zərnişan Şahpələng qızı piyada keçidi ilə keçərkən onu "Nissan" markalı avtomobil vurub. Nəticədə qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Lakin qəzanı törədən avtomobilin sürücüsü etdiyi əməli boynuna almayıb. Buna görə də, Z.Abdullayevanın qohumları ilə sürücü arasında dava düşüb.

Faktla bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Sürücünün izahatının alınması üçün müvafiq polis bölməsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi