Yuxarı

Bakıda piyada gözlənilmədən “BakuBus”a məxsus avtobusun qarşısına çıxıb

Bakıda piyada gözlənilmədən “BakuBus”a məxsus avtobusun qarşısına çıxıb

Bakı. 23 may. REPORT.AZ/ Mayın 22-də, saat 23.30 radələrində Bakının Nərimanov rayonunun Təbriz küçəsində piyada gözlənilmədən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısına çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. 

Bu barədə “Report”a Şirkətin Mətbuat xidmətindən məlumat verilib. 

Məlumatda deyilir ki, hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. 

"Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisə zamanı qeydə alınmış görüntülər nəzərdən keçirilir. Aparılan araşdırmanın nəticələrinə uyğun olaraq, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi