Yuxarı

​Bakıda "pitbul" cinsli it oğurlanıb

Oğru 10 gün sonra tutulub

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda "pitbul" cinsli iti oğurlamaqda şübhəli bilinən şəxs 10 gün sonra tutulub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 20-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, S.Rüstəm küçəsində Rauf Hüseynzadəyə məxsus "Pitbul" cinsli iti oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1998-ci il təvəllüdlü Rövşən Vaqif oğlu Ağayev tutulub.

Qeyd edək ki, hadisə avqustun 26-da baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi