Yuxarı
    Bağlamaq

    Bakıda partlayış baş verib, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB-2

    Hadisə Xətai rayonunda baş verib

    Yeni video əlavə olunub


    *** 02:17

    Bakı. 25 iyul. REPORT.AZ/Bu Gecə Bakının Xətai rayonunda partlayış baş verib.

    "Report" xəbər verir ki, hadisə rayonun Səməd bəy Mehmandarov 122-128 ünvanında, istilik xətlərinin keçdiyi ərazidə yaşanıb. 

    Qeyd olunan ünvanda yerləşən binanın həyətində otlaq sahəsi yanıb. Binanın birinci mərtəbəsində yaşayan sakinlər Yüzbəkov Səid Rəşid oğlu və Həsənova Mehriban Kamal qızı yanğını söndürməyə çalışıblar. Bu zaman naməlum səbəbdən partlayış baş verib. Hər iki şəxs xəsarət alıblar. Vəziyyətləri ağırdır.

    Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gəliblər. Onlar partlayışın nə səbəbdən baş verdiyini dəqiqləşdirmək üçün araşdırma aparırlar.


     *** 01:47

    Bakı. 24 iyul. REPORT.AZ/ Bakı şəhərində partlayış baş verib.

    "Report" xəbər verir ki, hadisə Xətai rayonu, Mehmandarov 122-128 ünvanında baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi