Bakıda partladıcı və iki əl qumbarası aşkarlanıb

Bakıda partladıcı və iki əl qumbarası aşkarlanıb Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsində hərbi sursat aşkar edilib.
Hadisə
28 mart 2025 13:05
Bakıda partladıcı və iki əl qumbarası aşkarlanıb

Bakı şəhəri Xətai rayonu Süleyman Vəzirov küçəsində hərbi sursat aşkar edilib.

"Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı partladıcısı ilə birgə 2 ədəd F-1 əl qumbarası olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Orphus sistemi