Bakıda parkdan fəvvarə stəkanları oğurlayan şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakıda parkdan fəvvarə stəkanları oğurlayan şəxslərin cinayət işi məhkəməyə göndərilib Cinayət işi hakim Mədinə Bağırovanın icraatına verilib
Hadisə
19 Dekabr , 2018 09:25
Bakıda parkdan fəvvarə stəkanları oğurlayan şəxslərin cinayət işi məhkəməyə göndərilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakıda parkdan 72 ədəd fəvvarə stəkanı oğurlamaqda təqsirləndirilən Qabil KərimovÜmid Məmmədovun cinayət işinin ibtidai istintaq yekunlaşıb.

"Report"un məlumatına görə, onların barəsində toplanan cinayət işinin materialları baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Mədinə Bağırovanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, rəsmi məlumata əsasən, bu il iyulun 18-də Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə rayon ərazisindəki parkların birindən 10000 manat dəyərində 72 ədəd fəvvarə stəkanının oğurlanması barədə müraciət daxil olub.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıbr. Araşdırmalarla onların Sumqayıt şəhər sakini Q.Kərimov və Bakı şəhər sakini Ü.Məmmədov olduqları müəyyən edilib.

Fəvvarə stəkanlarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi onlardan götürülüb.

Son xəbərlər

Orphus sistemi