Bakıda parkda vəziyyəti pisləşən kişi dünyasını dəyişib

Bakıda parkda vəziyyəti pisləşən kişi dünyasını dəyişib Onu xəstəxanaya çatdırmaq mümkün olmayıb
Hadisə
30 Yanvar , 2018 03:29
Bakıda parkda vəziyyəti pisləşən kişi dünyasını dəyişib

Bakı. 30 yanvar. REPORT.AZ/ Bakının Qaradağ rayonunda ölüm hadisəsi qeydə alınıb.

"Report" xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan 40-45 yaşlı kişi Lökbatan qəsəbəsindəki parkda özünü pis hiss edib.

O, ətrafdakıların köməkliyi ilə təcili yardım xidmətinə təhvil verilib. Xəstəxanaya aparılan şəxs yolda dünyasını dəyişib.

Meyit ölüm səbəblərinin araşdırılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Araşdırma aparılır.

Ölən şəxsin tüfeyli həyat tərzi sürdüyü bildirilir.

Son xəbərlər

Orphus sistemi