Bakıda parkda söyüşə görə dava olub, 1 nəfər bıçaqlanıb

Bakıda parkda söyüşə görə dava olub, 1 nəfər bıçaqlanıb Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
31 İyul , 2018 04:45
Bakıda parkda söyüşə görə dava olub, 1 nəfər bıçaqlanıb

Bakı. 31 iyul. REPORT.AZ/ Qaradağ rayonunda dava zamanı 1 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki parkda qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Zərbəliyev Elnur Mahmudoviç taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı avtomobilin sürücüsü ilə mübahisə edib. Tərəflər arasında mübahisəyə səbəb təhqiredici ifadə olub. Onların mübahisəsi əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı E.Zərbəliyev bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Taksi sürücüsü isə hadisə yerindən avtomobili ilə qaçarkən Qaradağ Rayon Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi