Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb

Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb Yaralı avtobus sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib
Hadisə
1 Avqust , 2018 04:48
Bakıda parkda sərxoş halda olan kişi bıçaqlanıb

Bakı. 1avqust. REPORT.AZ/ Sabunçu rayonunda naməlum şəraitdə bir nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

Avtobus sürücüsü Sülh küçəsində yerləşən parkda təxminən 40-45 yaşlı kişinin qarının açıq kəsilmiş yaralarını görüb ona kömək edib. 

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Məlum olub ki, adı hələlik bilinməyən şəxs bıçaqlanıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib.

Hadisənin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi