Bakıda parkda daha bir uşağı it dişləyib

Bakıda parkda daha bir uşağı it dişləyib Paytaxt ərazisində daha bir uşağa it hücum edib.
Hadisə
13 İyun , 2019 00:09
Bakıda parkda daha bir uşağı it dişləyib

Paytaxt ərazisində daha bir uşağa it hücum edib.

"Report" xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən “Şəlalə” parkında olub.

İtin hücumuna məruz qalan uşaq "Publika.az" xəbər portalının əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. 

Jurnalist "Report"a bildirib ki, övladına hücum edən itin burundağı olmayıb:

“Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda, itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin “ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

“Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi