Yuxarı
    Bağlamaq

    Bakıda Pakistan vətəndaşı Türkiyə vətəndaşının pulunu oğurlayıb

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir

    Bakı. 13 avqust. REPORT.AZ/ Bakıda Pakistan vətəndaşı Türkiyə vətəndaşının pulunu oğurlayıb. “Report”un xəbərinə görə, hadisə Suraxanı rayonunun E.Bəkirli küçəsində baş verib.

    Belə ki, həmin evdə kirayədə yaşayan 38 yaşlı Türkiyə vətəndaşı Cabbar Yağcı 300 manat pulunun oğurlanması barədə polisə məlumat verib. Keçirilən əməliyyat zamanı hadisənin onunla eyni evdə yaşayan Pakistan vətəndaşı, 29 yaşlı Muhammad Müdassar tərəfindən törədildiyi məlum olub.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 32-ci Polis Bölməsində (PB) araşdırmalar davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi