​Bakıda özünü hündürmərtəbəli binadan atmaq istəyən şəxsin qarşısı alınıb

​Bakıda özünü hündürmərtəbəli binadan atmaq istəyən şəxsin qarşısı alınıb Hadisə Xərai rayonu ərazisində baş verib
Hadisə
1 İyul , 2015 03:25
​Bakıda özünü hündürmərtəbəli binadan atmaq istəyən şəxsin qarşısı alınıb

Bakı. 1 İyul. REPORT.AZ/ Gecə saatlarında Bakının Xətai rayonunda 1 nəfər intihar məqsədilə tikilməkdə olan onbeşmərtəbəli binanın damına çıxıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:14-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi