Bakıda oyun zallarından oğurluq edən şəxslər saxlanılıblar

Bakıda oyun zallarından oğurluq edən şəxslər saxlanılıblar Bakı. 21 sentyabr. REPORT.AZ/ Paytaxt ərazisində internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Hadisə
21 Sentyabr , 2018 10:39
Bakıda oyun zallarından oğurluq edən şəxslər saxlanılıblar

Bakı. 21 sentyabr. REPORT.AZ/ Paytaxt ərazisində internet klubdan və oyun zallarından oğurluq etməkdə şübhəli bilinən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.

Səbail rayonunun Xanlar küçəsindəki oyun zallarının birindən 2 ədəd televizor, 6 ədəd oyun aparatı və 22 ədəd pultun oğurlanması barədə 8-ci Polis Bölməsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Kamil Muradov, Kənan Nəcəfov, İbrahim Novruzov və Oktay Əliyev olduqları müəyyən edilib.

Nəsimi Rayon Polis Şöbəsinnin 19-cu Polis Şöbəsinə müraciət edən Kəngərli rayon sakini S.Quliyev isə Cavadxan küçəsində icarə əsasında işlətdiyi internet klubun kassasından 1200 manatın oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən orada işləyən Tovuz rayon sakini Nurlan Məmmədəliyev saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi