Bakıda ötən ay qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda ötən ay qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb Bakıda ötən ay qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.
Hadisə
14 Sentyabr , 2019 12:07
Bakıda ötən ay qəza törədərək hadisə yerindən qaçan sürücü saxlanılıb

Bakıda ötən ay qəza törədərək hadisə yerindən yayınan sürücü saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Avqustun 30-da Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən qəsəbə sakini O.Səfərov vurulub və xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınan “VAZ-2109” markalı avtomobilin sürücüsü - Buzovna qəsəbə sakini Z.İbrahimov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi