Bakıda orta yaşlı kişini maşın vuraraq öldürüb, sürücü qaçıb

Bakıda orta yaşlı kişini maşın vuraraq öldürüb, sürücü qaçıb Hadisə Sabunçu rayonunda baş verib
Hadisə
25 Yanvar , 2018 04:31
Bakıda orta yaşlı kişini maşın vuraraq öldürüb, sürücü qaçıb
Report

Bakı. 25 yanvar. REPORT.AZ/ Bakının Sabunçu rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, rayonun Albalılıq qəsəbəsində, "Aidə park"ının yaxınlığında yolu keçmək istəyən təxminən 35-40 yaşlı kişini naməlum markalı avtomobil vurub. Sürücü hadisə yerindən uzaqlaşıb.

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən, yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi