Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb

Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb Orta yaşlı kişi evinə gedərkən bıçaqlanıb
Hadisə
29 May , 2018 06:49
Bakıda orta yaşlı kişi yaşadığı evin yaxınlığında bıçaqlanıb

Bakı. 29 may. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. 

"Report" xəbər verir ki, hadisə ötən gecə Hüseynbala Əliyev küçəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü Əhmədov Rövşən Nuşirəvan oğlu evə gedərkən tanımadığı şəxslə mübahisə edib. Mübahisənin sonunda o, bıçaqlanaraq ağır xəsarət alıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi