Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb

Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib
Hadisə
23 Mart , 2018 03:37
Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb

Bakı. 23 mart. REPORT.AZ/ Paytaxtın Sabunçu rayonu ərazisində dava zamanı bir nəfər ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə olarkən 1969-cu il təvəllüdlü Dadaşov Aydın İbrahim oğlu qardaşı ilə mübahisə edib. Nəticədə qardaşı onu döyüb. 

Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi