Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb Hadisə Bakıxanov qəsəbəsində baş verib
Hadisə
3 May , 2018 07:52
Bakıda orta yaşlı kişi naməlum şəraitdə bıçaqlanıb

Bakı. 3 may. REPORT.AZ/ Sabunçu rayonunda bıçaqlanma ilə nəticələnən dava olub.

"Report"un xəbərinə görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

"Sülh" küçəsində 1984-cü il təvəllüdlü Muradov Heydər Çingiz oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı ətrafdakıların köməkliyi ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Onun hansı şəraitdə bıçaqlanması məlum deyil. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi