Bakıda orta yaşlı kişi küt alətlə qətlə yetirilib

Bakıda orta yaşlı kişi küt alətlə qətlə yetirilib Onun meyiti Hövsan qəsəbəsində tapılıb
Hadisə
7 Sentyabr , 2017 05:38
Bakıda orta yaşlı kişi küt alətlə qətlə yetirilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib.

Suraxanı Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə, Hövsan qəsəbəsi ərazisində bir neçə gün bundan əvvəl ölən şəxsin meyiti tapılıb.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ekspertlər tərəfindən məlum olub ki, təxminən 30-35 yaşlı kişi (hələlik şəxsiyyəti müəyyən edilməyib) döyülüb və başından küt alətlə zərbə alıb.

Fakt üzrə Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslər axtarılır.

Son xəbərlər

Orphus sistemi