Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb Faktla araşdırma aparılır
Hadisə
13 Sentyabr , 2017 05:44
Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi dostu tərəfindən bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Ələt qəsəbəsində 1963-cü il təvəllüdlü Əbilov Zülfüqar Cavad oğlu dostu ilə mübahisə edib. Mübahisə zamanı dostu (hələlik adı açıqlanmır) Z.Əbilova iki bıçaq xəsarəti yetirib. Yaralı ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi