Bakıda orta yaşlı kişi bıçaqlanıb

Bakıda orta yaşlı kişi bıçaqlanıb O, tanımadığı şəxslə əlbəyaxa dava zamanı bıçaq xəsarəti alıb
Hadisə
11 Dekabr , 2017 05:24
Bakıda orta yaşlı kişi bıçaqlanıb
Courtesy İmage

Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda orta yaşlı kişi bıçaqlanıb.

"Report" xəbər verir ki, hadisə dekabrın 9-u axşam saatlarında Xəzər rayonunda baş verib.

Belə ki, Bilgəh qəsəbəsində 1984-cü il təvəllüdlü İmanov Amir Fazil oğlu bədənin müxtəlif nahiyələrindən kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. O, bildirib ki, qəsəbə ərazisində tanımadığı şəxslə əlbəyaxa dava edən zaman bıçaqlanıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi