Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb

Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb O, Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb
Hadisə
15 İyun , 2018 03:49
Bakıda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb

Bakı. 15 iyun. REPORT.AZ/ Bakının Suraxanı rayonunda orta yaşlı kişi bıçaqlanaraq yol kənarına atılıb.

“Report” xəbər verir ki, 1977-ci il təvəllüdlü Əliyev Teymur Əli oğlu Günəşli qəsəbəsində magistral yolun kənarında yaralı vəziyyətdə tapılıb.

O, "təcili yardım" vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onu cərrahi əməliyyat edib. Məlum olub ki, T.Əliyevə iki bıçaq zərbəsi vurulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi