Bakıda orta məktəbin həyətində gənc oğlan bıçaqlanıb - VİDEO

Bakıda orta məktəbin həyətində gənc oğlan bıçaqlanıb - VİDEO Hadisə mübahisə zəminində baş verib
Hadisə
1 İyul , 2017 08:51
Bakıda orta məktəbin həyətində gənc oğlan bıçaqlanıb - VİDEO
Foto:Report.az

Bakı. 1 iyul. REPORT.AZ/ Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1990-ci il təvəllüdlü Hüseynov Turxan Rauf oğlu kəsilmiş-deşilmiş xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

O, əvvəlcə həkimlərə yalan məlumat verib və yıxılaraq qarın nahiyəsinə dəmir batdığını deyib. Əməliyyat zamanı növbətçi cərrah Bəhram Zeynalov müəyyən edib ki, o bıçaqlanıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsinə məlumat verilib.

T.Hüseynov polislərə ilkin ifadəsində bildirib ki, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən 13 saylı tam orta məktəbin həyətində tanışı ilə mübahisə edib. O, bıçaq xəsarəti alaraq özü xəstəxanaya gəlib.

Cərrah B.Zeynalov "Report"a bildirib ki, yaralının həyatı üçün təhlükə yoxdur. Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı idarədə araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi