Bakıda ölümlə nəticələnən qəza törədən qadın sürcünün cinayət işi məhkəməyə göndərilib

Bakıda ölümlə nəticələnən qəza törədən qadın sürcünün cinayət işi məhkəməyə göndərilib Cinayət işi hakim Bəxtiyar Məmmədovun icraatına verilib
Hadisə
29 Oktyabr , 2018 09:16
Bakıda ölümlə nəticələnən qəza törədən qadın sürcünün cinayət işi məhkəməyə göndərilib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Günay İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Cinayət işi hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il mayın 25-də Bakının Xətai rayonunun Nobel prospektində baş verib.

Belə ki, Bakı şəhər sakini G.İsmayılova idarə etdiyi “Hyundai” markalı avtomobili yerüstü piyada keçidinin sütununa vurub. Nəticədə onun sərnişini Elnarə Tanrıverdiyeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi