Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub Dəstə üzvlərinin üzərindən narkotik maddə tapılıb
Hadisə
29 Oktyabr , 2016 11:50
Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Bakıda oğurluqla məşğul olan dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 12-dən 26-dək olan müddətdə paytaxt sakinləri olan 5 nəfərə məxsus evlərdən pul və qızıl əşyaları oğurlamaqda şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunanlar Rəşid Eminov, Naxçıvan şəhər sakini Orxan Nağıyev, Qazax rayon sakini Nazir İsmayılov və Bakı şəhər sakini Heydər Bayramov tutulublar.

R.Eminovdan 8,381 qram, O.Nağıyevdən 8,164 qram və N.İsmayılovdan 10,985 qram tiryək götürülüb.

Oktyabrın 28-də Bakı şəhər sakini Əjdər Əliyevin evindən geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

N.İsmayılovun ətrafında aparılmış tədbirlərlə onun Ağcabədi rayon sakini Nadir Musayevə məxsus evdən 2000 manat pul və qızıl əşyalar oğurlaması, habelə O.Nağıyev və H.Bayramovla birgə Qazax rayon sakini Zülfüqar Həşimovun pulunu və 2 ədəd mobil telefonunu quldurluq yolu ilə alması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi