Yuxarı

Bakıda oğurluqla məşğul olan dəstə üzvləri saxlanılıb - FOTO

Gülnar adlı qadının isə axtarışına başlanılıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakıda biri qadın olmaqla üç nəfərlik qrup bir neçə mağazanı qarət edib.

Bu barədə “Report”a Binəqədi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib.

Məlumata görə, Binəqədi rayonu ərazisində Mürvət Talıbova məxsus mağazadan oğurluq edilib.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı oğurluqda şübhəli bilinən əvvələr məhkum olunan Kəlbəcər rayon sakini Vidadi Quliyev saxlanılıb. V.Quliyev ifadəsində bundan öncə 5 mağazadan oğurluq etdiyini etiraf edib. O, bu əməlləri Sadiq Mustafayev və Gülnar adlı xanımla birgə etdiyini bildirib. Buna görə də Sadiq Mustafayev tutularaq istintaqa təhvil verilib.

Hazırda Gülnar adlı qadının axtarışına başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi