Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda oğurluqla məşğul olan qadın saxlanılıb
Hadisə
6 Dekabr , 2014
14:20
https://static.report.az/photo/a6648d89-2757-4cf0-867c-1f8b75f49718.jpg
Bakı. 6 dekabr. REPORT.AZ/ Bakıda oğurluqla məşğul olan qadın saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 2-də Gülnarə Bayramovanın mobil telefonunu oğurlayan Bakı şəhər sakini Ceyhunə Məmmədova tutulub.