Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib
Hadisə
29 İyun , 2017 12:47
Bakıda oğurluqda təqsirləndirilən qadın məhkəmə zalında həbs edilib

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tamilla Abdulsalamovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra dövlət ittihamçısı vəsatətlə çıxış edərək onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Vəsatət təmin edilib və o, məhkəmə zalında həbs olunub.

Məhkəmənin növbəti iclası iyulun 5-nə təyin edilib.

Qeyd edək ki, T.Abdulsalamova Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur. O, 20 min manat oğurlamaqda təqsirli bilinib.

Son xəbərlər

Orphus sistemi