Yuxarı

Bakıda oğurluq edən şəxslər Qazaxda tutulublar - FOTO

​Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb

Qazax. 27 may. REPORT.AZ/ Qazax rayonunda oğurluq edən şəxslər tutulub. “Report”un Qərb bürosunun müxbirinin verdiyi məlumata görə, Gürcüstan vətəndaşı Elnur Əliyev Bakıda yaşayan xalası oğlu Ceyhun Nəsibovla əlbir olaraq Bakı şəhəri ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluq ediblər. Onlar daha sonra Qazax rayonuna gələrək rayon ərazisində yerləşən mağazalardan 1 100 manat məbləğində pul və danışıq kartları oğurlayıblar. 

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşalrının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində E.Əliyev və C.Nəsibov saxlanılaraq istintaqa cəlb olunub. 
Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi