Bakıda oğurluq edən qadının üzərindən narkotik vasitələr aşkarlanıb

Bakıda oğurluq edən qadının üzərindən narkotik vasitələr aşkarlanıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
16 sentyabr 2016 12:12
Bakıda oğurluq edən qadının üzərindən narkotik vasitələr aşkarlanıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda oğurluq edən qadının üzərindən narkotik vasitələr aşkarlanıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Yasamal rayonu ərazisində yaşayan Kamran Bağırovun evindən 4 ədəd mobil telefon və sənəd oğurlanıb. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Xatirə Ələkbərova tutulub. Ondan 0,197 qram heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Orphus sistemi