Bakıda oğlanlarının toyu üçün mebeli dələduzluq yolu ilə alan qadınların məhkəməsi başlayıb

Bakıda oğlanlarının toyu üçün mebeli dələduzluq yolu ilə alan qadınların məhkəməsi başlayıb Məhkəmənin növbəti prosesi iyunun 12-nə təyin edilib
Hadisə
5 İyun , 2017 16:01
Bakıda oğlanlarının toyu üçün mebeli dələduzluq yolu ilə alan qadınların məhkəməsi başlayıb

Bakı. 5 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şərəfnisə Məmmədova və Elnarə Fətullayevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Elan olunan ittiham üzrə hər iki şəxs özünü təqsirli bildiklərini söyləyiblər.

Ş.Məmmədova və E.Fətullayeva ittiham aktını almadıqları üçün işlə tanış olmadıqlarını qeyd ediblər. Təqsirləndirilən şəxslər məhkəmədən bir həftə vaxt istəyiblər.

Məhkəmənin növbəti prosesi iyunun 12-nə təyin edilib.

İttiham aktına əsasən, Ş.Məmmədova və E.Fətullayeva 3 nəfərə qarşı dələduzluq ediblər. Belə ki, həmin şəxslər "Sədərək" Ticarət Mərkəzində ticarətlə məşğul olan Ərəstun Mehdizadədən xeyli sayda mal alıb, satandan sonra pulunu qyataracaqlarını deyiblər. Ə.Mehdizadəyə 100 min manatdan çox zərər vuran qadınlar verdikləri vədlərə əməl etməyiblər.

Daha sonra təqsirləndirilən şəxslər özgənin əmlakını ələ keçirmək məqsədi ilə Nizami rayonunda yerləşən "Kainat" mebel mağazasından xeyli sayda mebel alıblar. Ş.Məmmədova və E.Fətullayeva övladlarına toy etdiklərini, mebellərin pulunu toydan sonra ödəyəcəklərini söyləyiblər. Buna baxmayaraq, onlar mağaza sahibinə pulu geri qaytarmayaraq dələduzluq ediblər.

Bundan başqa, E.Fətullayeva ilə Ş.Məmmədova "Okean" mağazasının sahibinə qarşı da dələduzluq ediblər. Onlar mağazadan külli miqdarda mal alaraq, satıb pulunu ödəyəcəklərini desələr də, buna əməl etməyiblər.

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi