Bakıda nənəsini və bibisini öldürən şəxsin cinayət işinin istintaqı başa çatdı

Bakıda nənəsini və bibisini öldürən şəxsin cinayət işinin istintaqı başa çatdı Bakıda iki qadını öldürməkdə təqsirləndirilən Samir Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
22 Yanvar , 2021 10:05
Bakıda nənəsini və bibisini öldürən şəxsin cinayət işinin istintaqı başa çatdı

Bakıda iki qadını öldürməkdə təqsirləndirilən Samir Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən cinayət işi hakim İlham Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrın 24-də Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində baş verib.
1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanın yaşadıqları evdə üzərlərində çoxsaylı bıçaq xəsarətləri olan meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla 1985-ci il təvəllüdlü Samir Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı çoxsaylı bıçaq zərbələri vuraraq nənəsi Simuzər Cavadova və bibisi Tamilla Cavadovanı qəsdən öldürdüyü məlum olub.

Son xəbərlər

Orphus sistemi