Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlandı

Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlandı Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Hadisə
26 Fevral , 2021 11:55
Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlandı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları keçirib.

Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülüb.

Son xəbərlər

Orphus sistemi