Bakıda narkotiklə saxlanılan şəxsdə silah aşkarlandı
Hadisə
- 26 fevral, 2021
- 07:55
Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinin əməkdaşları keçirib.
Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Mahmudov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 4 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Davam etdirilən tədbirlərlə onun Ramana qəsəbəsindəki evinin zirzəmisinə baxış zamanı oradan 1 kiloqram 100 qram heroin, elektron tərəzi və 1 ədəd müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-K” markalı ov tüfəngi götürülüb.
Son xəbərlər
20:22
Rusiyada müəlliməni öldürən məktəbli iki ay müddətinə həbs edilib
Region20:19
Gürcüstan ABŞ və İran arasında atəşkəsi alqışlayıb
Region20:07
Foto
Türkiyədə güclü yağış səbəbindən 2 nəfər ölüb, avtomobilləri sel aparıb, infrastruktura ciddi ziyan dəyib
Region20:04
Sabah Sabunçu və Binəqədinin bir hissəsində qaz kəsiləcək
Energetika19:59
Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB
Digər ölkələr19:58
Estoniyanın XİN rəhbəri sabah Ermənistana səfər edəcək
Digər ölkələr19:50
Livanda bugünkü hücumlar zamanı 89 nəfər ölüb, 800 nəfər yaralanıb
Digər ölkələr19:47
Əraqçi və Bayramov regiondakı cari vəziyyəti müzakirə ediblər - YENİLƏNİB
Xarici siyasət19:43